Finss.az xəbər verir ki, American Kraft Heinz Co. iki müstəqil ictimai şirkətə bölünəcəyini açıqlayıb.
Press-relizə görə, Global Taste Elevation Co. sous istehsalına fokuslanacaq və Heinz, Philadelphia və Kraft Mac Cheese kimi markaları idarə edəcək. İkinci şirkət, North American Grocery Co., Kraft Singles, Oscar Mayer və Lunchables brendlərini istehsal etməyə davam edəcək.
Birinçi bölmənin 2024-cü il satışları təxminən 15,4 milyard dollar (75%-i souslardan), ərzaq biznesi isə təxminən 10,4 milyard dollar dəyərində qiymətləndirilir.